İqtisadiyyat

Bölgələrdə ətin qiyməti ucuzlaşdı - VİDEO

  • 12 Aug 2017
  • 271 baxış

Artıq bir müddətdən sonra ölkəmizdə qurban bayramı keçiriləcək. Bayram ərəfəsində bir sıra bölgələrdə ətin qiymətində ucuzlaşma müşahidə edilir. Gəlin görək bu ucuzlaşma paytaxtda varmı və bayram günlərində heyvan sıxıntısı gözlənilirmi?

Qurban bayramına az almış bölglərin bir çoxunda ətin qiymətində ucuzlaşma müşahidə edilir.Bir çox bölgələrdə ətin qiyməti hətta 2manata qədər ucuzlaşıb.
XalqTV.com xezerxeber.az-a istinadən bildirir ki, ən çox heyvan satışının olduğu bölgələrdən biri olan bərdə də qiymətlər son günlər əmməli başlı ucuzlaşıb.Qiymətlərindüşməsini isə qəssablar belə izah edirlər.
Bərdə rayonundan fərqli olaraq isə Aran rayonlarında ətin qiyməti dəyişməz qalıb. Hazırda Yevlaxda qəssablar 1 kq əti 11 manata təklif edirlər.
Paytaxtda da ətin qiyməti dəyişməz qalıb. Satıcıların sözlərinə görə isə bayramla əlaqədər bir necə həftədən sonra qiymətlərin nisbətən ucuzlaşması gözlənir.
Satıcılar həmçinin bildirirlərki, bayram ərəfəsi olsada amma hec bir həyvan sıxıntısı yaşanmır.
Bayram ərəfəsində də hər il olduğu kimi aydiyyatı qurumlar tərəfindən yarmarkaların keçirilməsi və qiymətlərə nəzarət edilməsi gözlənilir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR