Dünya

Bakı-2017: Daha bir azərbaycanlı cüdoçu qızıl medal qazandı

  • 13 May 2017
  • 248 baxış

Bu gün IV İslam Hərməyliyi Oyunları çərçivəsində cüdo yarışlarının final mərhələsi baş tutub.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, 60 kq çəki dərəcəsində kişi cüdoçularının final görüşündə Azərbaycan çüdoçusu Orxan Səfərovun rəqibi Türkiyə təmsilçisi Özlü Bekir olub. Cüdoçumuz rəqibinə qalib gələrək qızıl medala sahib olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR