idman
"ASAN Xidmət" "Neftçi"nin titul sponsoru olmayacaq
"Neftçi" klubu futbolçularının Azərbaycan Premyer Liqasının I turunda "Qarabağ"la görüşə üzərində "ASAN Xidmət" yazılan formalarla çıxmamasına aydınlıq gətirib.
Paytaxt təmsilçisinin mətbuat xidmətindən XalqTV.com-a verilən məlumata görə, "ASAN Xidmət" 2017/2018 mövsümündən etibarən "Neftçi"nin titul sponsoru olmayacaq. Lakin qurumla əməkdaşlıq davam etdiriləcək.
"Ağ-qaralar" hazırda yeni titul sponsorun tapılması istiqamətində bir neçə şirkətlə danışıq aparır.
Qeyd edək ki, "Neftçi" ilə "ASAN Xidmət" arasında titul sponsorluğu ilə bağlı müqavilə ötən il oktyabrın 17-də imzalanmışdı.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR