İqtisadiyyat
Bakı Nəqliyyat Agentliyi tenderin vaxtını uzadıb
Bakı Nəqliyyat Agentliyi (BNA) iyunun 13-də dayanacaq pavilyonlarının quraşdırılması (lot-1) və yol nişanlarının alınması (lot-2) ilə bağlı açıq tenderin keçirilməsi üçün verdiyi elan üzrə göstərilən müddətləri iddiaçıların müraciətlərini nəzərə alaraq uzadıb.
XalqTV.com "Report"a istinadən bildirir ki, iddiaçılar tender təklifi və bank təminatını 16 avqust saat 12:00-dək təqdim etməlidilər. Tender üzrə təqdim olunmuş zərflərin açılışı isə 17 avqust saat 15:00-da keçiriləcək.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR