idman

Makedoniyalı deputat: ""Qarabağ" türk dünyasının fəxr edəcəyi komandaya çevrilib"

  • 12 Aug 2017
  • 230 baxış

Türk Hərəkat Partiyasının baş katibi, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Enes İbrahim "Qarabağ"-"Kopenhagen"oyunu ilə bağlı fikirlərini şərh edib.

XalqTV.com xəbər verir ki, Enes İbrahim deyib ki, "Qarabağ"ın Avropada bu cür mərhələyə gəlib çatması, Azərbaycanın təbliğatı baxımından vacib addımdır. "Bu gün "Qarabağ" klubu Türk dünyasının fəxr edəcəyi komandaya çevrilib.

"Qarabağ" Avropanın güclü futbol komandası statusunu daşımaqdadır. Futbol bir ölkənin tanıdılması üçün yaxşı imkanlar açır. "Qarabağ"ın oyunlarını diqqətlə izləyirik. "Qarabağ"a və onun azarkeşlərinə uğurlar arzulayıram".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR