Siyasət

İlham Əliyev Misir prezidentinə başsağlığı verdi

  • 12 Aug 2017
  • 255 baxış

Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə başsağlığı verib.

XalqTV.com AZƏRTAC-a istinadən xəbər verir ki, başsağlığında deylir:

"Hörmətli cənab Prezident,

İsgəndəriyyə şəhəri yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını diləyirəm.

Allah rəhmət eləsin!"

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR