idman

"Fənərbağça üçün yaxşı oyunçu olacaq"

  • 12 Aug 2017
  • 252 baxış

Köhnə dostumdur. Eyni şəhərdə doğulmuşuq, çox güclü oyunçu və çox yaxşı insandır. "Fənərbağça" karyerasında ona bol şans diləyirəm.

XalqTV.com bildirir ki, bu sözləri "sarı-lacivərdli" komandanın formasını 8 il ərzində tərlədən və klub tarixinə keçən Aleks de Souza "Fənərbağça"nın yeni transferi Jiuliano haqqında deyib.

"Sarı Kanarya" "Zenit"dən heyətinə qatdığı braziliyalı futbolçunu dünən axşam İstanbula gəlib. "Fənərbağça"nın əfsanə oyunçusu Aleks özü kimi Koritubada doğulan vətəndaşıyla bağlı bunları söyləyib:

"Çox köhnə yoldaşımdır. Eyni şəhərdə doğulmuşuq, çox güclü oyunçu və çox yaxşı insandır. Jiuliano yalnız 10 nömrədə deyil, sağda da, solda da oynaya bilər. Braziliya milli komandasına da çağırılıb. Karyerasında, ümumiyyətlə, Ukrayna və Rusiyada forma geyindi.
Mən onun "Fənərbağça" üçün yaxşı transfer olacağını düşünürəm. Jiulianoya "Fənərbağça" karyerasında bol şans diləyirəm".

Adil Nəcəfov
XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR