idman

Yığmamızın oyunçusu "Bavariya"ya qol vurdu

  • 06 May 2017
  • 252 baxış

Almaniya Gənclər Bundesliqasının Cənub zonasında XXVI turun oyunları keçirilib.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, milli komandamızın üzvü Renat Dadaşovun şərəfini qoruduğu "Ayntraxt"ın U-19 komandası "Bavariya"lı həmyaşıdları ilə qarşılaşıblar.
 
Artıq çempionluğu təmin etmiş münhenlilərlə oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Matça start heyətində başlayan Dadaşov 34-cü dəqiqədə komandasının ikinci qoluna imza atıb.
 
Qeyd edək ki, 26 oyundan sonra aktivində 36 xal olan frankfurtlular turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR