idman
"Mançester Yunayted"in müdafiəçisi icarədə
İngiltərə Premyer Liqa təmsilçisi "Kristal Pelas" heyətini yeni futbolçuyla gücləndirib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, London klubu "Mançester Yunayted"in futbolçusu Timoti Fosu-Mensanı heyətinə cəlb edib. Bu barədə məlumatı klubun saytı yayıb. "Qartallar" 19 yaşlı müdafiəçini bir illik icarəyə götürüb. Hollandiyalı futbolçu yeni klubunda 24 nömrəli formada çıxış edəcək.
Mensa ötən mövsümdə cəmi 8 oyunda şans qazanıb.
XalqTV.com
RƏYLƏR