idman
"Qarabağ" - "Kopenhagen" oyununun biletləri satışa çıxır
Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək "Qarabağ" - "Kopenhagen" (Danimarka) qarşılaşmasının biletləri satışa çıxır.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, azarkeşlərimiz sabah - avqustun 12-si, saat 10:00-dan etibarən biletləri əldə edə bilər.
Futbolsevərlər biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarında satılacaq. Biletlərin qiyməti nömrəli sektorlara görə 1-10 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-dir.
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" matçı avqustun 15-də saat 20:00-da start götürəcək.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR