idman
"Mançester Yunayted" futbolçu haqqında: "Başı bədəninə görə böyükdür"
Madrid "Real"ı ilə müqavilə imzalamağa hazırlaşan İsko ilə bağlı maraqlı fakt üzə çıxıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu "Malaga"da oynayan vaxt "Mançester Yunayted" tərəfindən transfer edilə bilərmiş. Klubda baxışdan keçən yarımmüdafiəçi ilə müqavilə imzalanmama səbəbini klub belə açıqlayıb: "O yaxşı futbolçudur, lakin kifayət qədər sürətli deyil və başı bədəninə görə çox böyükdür".
Xatırladaq ki, bir neçə gün öncə baş tutan UEFA Super kubokunda "Qırmızı şeytanlar"ı məğlub edən "kral klubu"nun 2-ci qolunun müəllifi İsko olub. Komandanın baş məşqçisi Zidan oyundan sonra İsko haqqında xoş fikirlər səsləndirmiş, onunla yeni müqavilə imzalanacağını demişdi. Futbolçu da açıqlamasında bunu təsdiqləmişdi.
XalqTV.com
RƏYLƏR