idman

"Monako" təkzib etdi: Mbappe PSJ-yə keçmir

  • 10 Aug 2017
  • 221 baxış

"Monako"nun hücumçusu Kilian Mbappenin PSJ-yə keçdiyi haqda məlumat təsdiqini tapmayıb.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, knyazlıq klubunun rəhbərliyi parislilərlə danışıq aparmadıqlarını açıqlayıb.  
 
Onlar Mbappenin "Monako"nun futbolçusu olduğunu xatırladaraq, PSJ-dən təklif almadıqlarını bəyan ediblər.
 
18 yaşlı hücumçunun adı, həmçinin "Real" və "Barselona" klubları ilə birgə hallanmaqdadı.
 
Qeyd edək ki, "Monako"nun yetirməsi olan Kilian Mbappe əsas komandanın heyətində 60 oyunda 27 qola imza atıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR