Rafael Ağayev: "Finalda tamaşaçıları maraqlı döyüş gözləyir"
"Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının karate yarışının finalında tamaşaçıları maraqlı və baxımlı döyüş gözləyir".
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə finala yüksələn karateçimiz Rafael Ağayev deyib.
5 qat dünya çempionumuz finalda pakistanlı idmançı ilə qarşılaşacağını bildirib:
"Düşünürəm ki, maraqlı və baxımlı görüş olacaq. Sona qədər gedib qələbə qazanmağa çalışacağam".
R.Ağayev qeyd edib ki, ikinci görüşündə Səudiyyə Ərəbistanı təmsilçisi ilə döyüşərkən müəyyən problemlərlə qarşılaşıb:
"O, yeni idmançıdır və mən onun maneralarını yaxşı bilmirdim. Buna görə də düzgün taktika seçməkdə çətinlik çəkirdim, lakin sonda özümü toparladım və 7:2 hesablı qələbə qazandım".
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində