Ötən mövsümün ən yaxşı qolu adına namizədlər
2016/17 mövsümünün ən yaxşı qolu adı namizədlər açıqlanıb.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, UEFA-nın keçirdiyi sorğuda qalib adı uğrunda 7 qol mübarizə aparacaq.
Avropanın futbol qurumunun yekun siyahısında "Real"ın futbolçusu Kasemironun "Napoli"yə vurduğu, "Barselona" və Dortmund "Borussiya"sının aşağı yaş qrupları üzrə komandalarının matçında ev sahiblərinin üzvü Xordi Mbulanın imza atdığı, Mussa Sounun "Fənərbaxça"nın heyətində "Mançester Yunayted"in qapısından keçirdiyi, qadın futbolçulardan ibarət İtaliya yığmasının üzvü Daniela Sabatinonun İsveç millisinə vurduğu, "Astra" - "Austria" görüşündə Kevin Fresenbiklerin imza atdığı, İspaniya və Makedoniya milliləri arasındakı qarşılaşmada Marko Asensionun rəqib qapısından keçirdiyi və Çempionlar Liqasının finalında "Yuventus"un hücumçusu Mario Mandzukiçin Madrid "Real"ına vurduğu qol yer alıb.
XalqTV.com