idman

Millimizin yeni reytinqi - FİFA açıqladı

  • 10 Aug 2017
  • 245 baxış

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

XalqTV.com  qol.az-a istinadən xəbər verir ki, ötən ayla müqayisədə millimiz 1 pillə irəliləyib. Ötən ay oyun keçirməyən Robert Prosineçkinin komandası 427 xalla 79-cu pillədə qərarlaşıb.

Yığmamızın "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 1549 xalla 2-ci (-1),  Şimali İrlandiya 897  xalla 23-cü (-1),  Çexiya 714 xalla 40-cı (0), Norveç 391 xalla 85-ci (+3), San Marino isə 12 xalla 204-cü (0) yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahının ilk pilləsində 1604 xalla Braziliya , üçüncü pilləsində 1399 xalla Argentina qərarlaşıb.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR