Siyasət

"Onlar özlərinə aid olan işlə məşğul deyillər"

  • 13 May 2017
  • 228 baxış

"ATƏT-in Minsk Qrupu həmsədrlərinin ATƏT-in fəaliyyətdə olan sədrinin bölgədəki şəxsi nümayəndəsi Anjey Kaspşikdən heç bir fərqləri yoxdur. Anjey Kaspşikin fəaliyyəti nədən ibarətdir? O, bir-iki köməkçisi ilə cəbhə bölgəsində monitorinq aparır ki, atəşkəsə riayət olunsun. Yeri gəlmişkən, o, bu vəzifədə qocaldı. Hamı getsə də, o 20 ildən çoxdur ki, buralardadır. Bir xeyiri də yoxdur, çünki atəşkəsə riayət edən yoxdur".

/>

XalqTV.com xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

/>

Politoloqun fikrincə, həmsədrlər də son illər eyni işi görürlər. Yəni Azərbaycana və Ermənistana gəlib münaqişənin həllini sürətləndirmək əvəzinə tərəfləri atəşkəsi riayət etməyə çağırırlar: "Hər dəfə gəlməyə nə ehtiyac var ki, bu işi onsuz Kaspşik görür.
/>Həmsədrlər əvvəlcə aprelin əvvəlində gəldilər ki, 4 günlük müharibə bir il sonra təkrarlanmasın, indi də iyul ayında gəlməyi planlaşdırırlar ki, yay aylarında toqquşma ehtiamlı yüksək olduğundan bunun qarşısını almağa çalışırlar. Digər vəzifələri Azərbaycan və Ermənistan prezidentlərini yaxın müddətdə görüşdürməkdir. Ancaq həmsədrlər nə atəşkəsin qorunmasına nail olur, nə də prezidentləri görüşdürə bilirlər. Çünki özlərinə bilavasitə aid olan işlə məşğul deyillər".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR