"Milan" dayanmaq bilmir: 1 yerə 3 namizəd
Yay transferi dövründə heyətini xeyli gücləndirən "Milan" bununla kifayətlənmək fikrində deyil.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, "rossonyerlər" hücum xəttinə yeni oyunçu gətirmək niyyətindədilər.
Klub rəhbərliyi hazırda 3 forvardla danışıq aparır. Söhbət Dortmund "Borussiya"sının üzvü Pyer-Emerik Obameyanq, "Çelsi"nin hücumçusu Dieqo Kosta və "Fiorentina"nın futbolçusu Nikola Kaliçindən gedir.
"Milan"ın idman direktoru Massimiliano Mirabelli yerli mətbuata açıqlamasında ilk növbədə, Obameyanqı transfer etmək istədiklərini bildirib: "Onu heyətimizə cəlb etmək bəxtimizin gətirdiyini göstərər. Amma transfer siyahımızda Kaliniç və Kosta da yer alır. Hazırda hücum xəttini gücləndirmək barədə düşünürük".
Qeyd edək ki, Obameyanqla Kaliniçi satmaq haqda düşünməyən "Borussiya" və "Fiorentina"dan fərqli olaraq, "Çelsi" rəhbərliyi Dieqo Kosta ilə vidalaşmağa razıdı.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində