idman

Finala çıxan cüdoçumuz: "Qızıl medal qazanacağıma inanıram"

  • 13 May 2017
  • 241 baxış

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən yarışlarda 52 kq çəki dərəcəsində finala çıxan Azərbaycan cüdoçusu Nəzakət Əzizova finalda rəqibinə qalib gələcəyinə inanır.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, N.Əzizova jurnalistlərə bildirib ki, finalda onun rəqibi Türkiyə təmsilçisi İrəm Korkmaz olacaq:

"Rəqibimə qalib gələcəyimə inanıram. Bir ay bundan əvvəl Türkiyənin Antalya şəhərində keçirilən yarışlarda İrəm Korkmaza qalib gəlmişəm. Bu gün də qalib gələcəyimə inanıram. Məqsədim qalib gəlmək və çempion olmaqdır".

N.Əzizova bugünki mübarizənin gərgin keçdiyini bildirib:

"Finala çıxmaq üçün iki görüş keçirdim. Yarımfinalda mübarizə bir az çətin oldu. Rəqibim gənclər arasında dünya çempionu olmuşdu, müxtəlif qran-prilərin qalibi olmuşdu. Rəqiblərim arasında ən güclüsü o idi, lakin ona qalib gəlməyi bacardım".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR