Hadisə

Bakı Metropolitenindən kondisionerlərlə bağlı açıqlama - "Olmayan şeyin nəyini müzakirə edirik?

  • 09 Aug 2017
  • 762 baxış

Metroda kondisioner yoxdursa, əlimizdə ventilyator gəzdirək?!"

Bir neçə gündür ki, Azərbaycan ərazisində, o cümlədən Bakıda dərəcəsi artıq 40-ı haqlamış isti havalar müşahidə edilir. Hətta verilən rəsmi məlumatlara görə, bu istilər normadan 3-4 dərəcə çoxdur. Təbii ki, bu qədər yüksək temperaturlu şəraitdə açıq havada işləmək, gəzmək çətin və dözülməz olur. İnsanların çox, sıx olduğu yerlərdə, qapalı məkanlarda, xüsusən də soyutma və ventilyasiya sistemi olmayan nəqliyyat vasitələrində nəfəs almaq çətinləşir, bəzən isə hətta sağlamlığında problemləri olan insanların həyatı üçün real təhlükə yaranır. Paytaxt Bakıda insanların ən çox istifadə etdiyi nəqliyyat vasitəsi isə metrodur. Lakin metroda da cəmi 3-ü istisna olmaqla nə digər qatarlarda, nə platformalarda kondisioner sistemi yoxdur. Bu səbəbdən də sərnişinlərin böyük əksəriyyəti istilərin dözülməzliyini əsas gətirərək metro vaqonlarında və platformalarda kondisioner sisteminin olmamasından narazılıq və şikayət edirlər.


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR