idman

"Fatih Terim mövzusunu açıb..."

  • 09 Aug 2017
  • 269 baxış

"Qalatasaray"ın prezidenti Dursun Özbek gündəmdə olan məsələlər barədə danışıb. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Arda və Fatih Terim mövzusuna toxunub.

"Arda bizim klubun yetirməsidir. "Qalatasaray" onun xidmət edəcəyi ən önəmli yerdir. Onun gəlməsini istəyirik. Bu istiqamətdə fəaliyyətimiz davam edir.

"Qalatasaray" vacib dövrdən keçir. Hər kəsin birlik və bərabərlik içində olması lazımdır. İnsanlar klub rəhbərliyini usandırmamalıdır. Bizim baş məşqçimiz artıq var. Fatih Terim mövzusunu açıb mövsümün əvvəlində dolaşıqlıq salmağa gərək yoxdur. Məşqçi axtarmırıq. Bizim baş məşqçimiz Tudordur".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR