idman

PSJ 100 milyona futbolçu almaq istəyir

  • 09 Aug 2017
  • 257 baxış

"Atletiko Madrid"in qapıçısı Yan Oblak karyerasını Fransada davam etdirə bilər.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, PSJ sloveniyalı qolkiperlə maraqlanır. Neymarın transferi ilə transfer rekordunu qıran Paris klubu Oblak üçün buraxılış qiymətini ödəməyə hazırdır. Bu qiymət 100 milyon avrodur. "Atletiko" FİFA tərəfindən transfer qadağasına məruz qaldığından qapıçısını əldən buraxması məntiqli görünmür. 2014-cü ildə "Benfika"dan transfer olunan Oblaka görə 16 milyon avro xərclənmişdi. Onun "Atletiko" ilə müqaviləsi 2018-ci ilin yayında bitəcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR