idman
"Barselona" Serji Robertonu satmır
"Barselona"nın yarımmüdafiəçisi Serji Roberto "Manchester United"in diqqət mərkəzindədir.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, katalonlar 25 yaşlı havbeki "manikunianlar"a satmaqdan imtina ediblər. Məlumata görə "United" 36 milyon funt ödəməyə hazır olub. Robertonun xidmətlərində "Chelsea" və "Monako" da maraqlıdır. London klubu müqavilədə göstərilən 42 milyon avro buraxılış qiymətini ödəməyə hazır idi. Futbolçunun cari müqaviləsi 2019-cu ilin yayına qədərdir. Ötən mövsüm İspaniya Primerasında 32 oyuna çıxan Roberto 6 məhsuldar ötürmə ilə yadda qalıb.
XalqTV.com
RƏYLƏR