idman
Melonun yeni klubu
"Qalatasaray"ın sabiq futbolçusu Felipe Melonun yeni klubu müəyyənləşib.
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, 34 yaşlı braziliyalı yarımmüdafiəçi ölkəsinin "Nasional" klubuna transfer olunub.
Qeyd edək ki, F.Melo ötən mövsüm "Palmeyras"da oynayıb. O, iyulda Braziliya klubu ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.
Xatırladaq ki, F.Melo aprel ayında "Penarol"la oyun rəqibinə yumruq vurduğu üçün 6 oyunluq cəzalandırılmışdı. Bundan sonra o, əsas heyətdən kənarlaşdırılmışdı.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR