Siyasət

Prezident İlham Əliyev GUÖAM çərçivəsində azad ticarət zonası ilə bağlı İşçi Orqanın yaradılması və

  • 08 Aug 2017
  • 243 baxış

Prezident İlham Əliyev GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında 2002-ci il 20 iyul tarixli Sazişin Razılığa gələn Tərəflərinin fəaliyyətini əlaqələndirən İşçi Orqanın yaradılması və fəaliyyəti Qaydasının təsdiqlənməsi barədə Protokolun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd olunur ki, GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında 2002-ci il 20 iyul tarixli Sazişin Razılığa gələn Tərəflərinin fəaliyyətini əlaqələndirən İşçi Orqanın yaradılması və fəaliyyəti Qaydasının təsdiqlənməsi barədə 2017-ci il martın 27-də Kiyev şəhərində imzalanmış Protokol təsdiq edilsin. Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə GUAM-ın Katibliyinə bildiriş göndərsin.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR