idman

"Neymar özü getmək istədi"

  • 07 Aug 2017
  • 250 baxış

PSG prezidenti Naser Əl-Xəlaifi son açıqlamasında Neymarın transferini "Barselona" ilə birgə əməkdaşlıqla reallaşdırdıqlarını bildirib. Qətərli funksioner La Liqanın etirazına baxmayaraq braziliyalı ulduzu Fransaya gətirə bilmələrində bu amili xüsusi vurğulamışdı. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, katalon klubunun prezidenti Xosep Bartomeu isə öz növbəsində bunu inkar edib.

"Biz razı olmasaq da, Neymar getmək istəyirdi. Amma heç bir futbolçu "Barselona"dan böyük deyil. Onun transferindən əldə olunan 222 milyon avro ilə müdrik, ciddi və qənaətcil rəftar edəcəyik".

25 yaşlı futbolçu ötən həftə PSG ilə 5 illik müqavilə imzalayıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR