idman

"Barselona" və "Milan" zirvədə, "Real" izləyici rolunda

  • 07 Aug 2017
  • 249 baxış

Sabah baş tutacaq "Real" - "Mançester Yunayted" oyununda 43-cü UEFA Superkubokunun qalibi bəlli olacaq. XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, ilk dəfə 1972-ci ildə qalibi müəyyənləşən titul 42 dəfə sahibini tapıb.

Əvvəllər Kuboklar kuboku, sonra isə UEFA kuboku (indiki Avropa Liqası) turnirinin qalibi Çempionlar Liqasının ən güclüsü ilə qarşılaşıb. Bəzi vaxtlarda ev-səfər, bəzən isə neytral meydanda münasibətlərini aydınlaşdıran klubların duelləri bir neçə dəfə müxtəlif səbəblərdən baş tutmayıb.
 
1972-ci ildə klubların təşəbbüsü ilə baş tutan ilk Superkubok isə hələ də UEFA tərəfindən rəsmi tanınmayıb.
 
Həmin dueli də nəzərə alsaq, 42 mövsümdən 23-də Çempionlar Liqası, 12-də Kuboklar kuboku, 7-də Avropa Liqasının qalibi Superkuboka yiyələnib.
 
İndiyədək 12 ölkə təmsilçisi kuboka yiyələnib. İspaniya 13, İtaliya 9, İngiltərə 7 dəfə bunu bacarmaqla ilk "üçlük"də yer alıb.
 
Klublar arasında "Barselona" və "Milan" liderdi - hərəsi 5 dəfə. "Real", "Liverpul" və "Ayaks"ın hərəyə 3 Superkuboku olsa da, sonuncuların bir titulu rəsmi deyil.
 
Superkubokun bütün qalibləri
1972*. "Ayaks" (Hollandiya)
1973. "Ayaks" (Hollandiya)
1975. "Dinamo" (Kiyev, SSRİ)
1976. "Anderlext" (Belçika)
1977. "Liverpul" (İngiltərə)
1978. "Anderlext" (Belçika)
1979. "Nottinhem Forest" (İngiltərə)
1980. "Valensiya" (İspaniya)
1982. "Aston Villa" (İngiltərə)
1983. "Aberdin" (Şotlandiya)
1984. "Yuventus" (İtaliya)
1986. "Styaua" (Ruminiya)
1987. "Porto" (Portuqaliya)
1988. "Mexelen" (Belçika)
1989. "Milan" (İtaliya)
1990. "Milan" (İtaliya)
1991. "Mançester Yunayted" (İngiltərə)
1992. "Barselona" (İspaniya)
1993. "Parma" (İtaliya)
1994. "Milan" (İtaliya)
1995. "Ayaks" (Hollandiya)
1996. "Yuventus" (İtaliya)
1997. "Barselona" (İspaniya)
1998. "Çelsi" (İngiltərə)
1999. "Latsio" (İtaliya)
2000. "Qalatasaray" (Türkiyə)
2001. "Liverpul" (İngiltərə)
2002. "Real" (İspaniya)
2003. "Milan" (İtaliya)
2004. "Valensiya" (İspaniya)
2005. "Liverpul" (İngiltərə)
2006. "Sevilya" (İsapniya)
2007. "Milan" (İtaliya)
2008. "Zenit" (Rusiya)
2009. "Barselona" (İspaniya)
2010. "Atletiko" (İspaniya)
2011. "Barselona" (İspaniya)
2012. "Atletiko" (İspaniya)
2013. "Bavariya" (Almaniya)
2014. "Real" (İspaniya)
2015. "Barselona" (İspaniya)
2016. "Real" (İspaniya)
 
* - UEFA tərəfindən tanınmayıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR