"Qəbələ" toplanışı başa vurdu
"Qəbələ"nin əvəzedici komandası növbəti yoxlama oyununu keçirib.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, "qırmızı-qaralar" Gürcüstanda keçirilən təlim-məşq toplanışı çərçivəsində son matçda qüvvəsini sınayıb.
Öncə Tbilisi "Dinamo"su (0:0) və "Saburtalo"nun (3:1) əvəzediciləri ilə görüşən Elmar Baxşıyevin yetirmələri qonşu ölkədəki üçüncü qarşılaşmasında "Lokomotiv"lə görüşüb.
"Dəmiryolçular"ın əvəzedici heyəti ilə matçda hesabı "Qəbələ" açıb. Nurlan Quliyevin penaltidən vurduğu qol komandamıza fasiləyə üstün yollanmağa imkan verib. Lakin meydan sahibləri oyunun ikinci yarısında fərqlənməyə nail olub - 1:1.
Beləliklə, "Qəbələ" Gürcüstan toplanışını heç-heçə ilə başa vurub. Bu gün Qəbələyə qayıdacaq "qırmızı-qaralar" ikigünlük istirahətdən sonra çempionatın ilk turunun hazırlıqlarını davam etdirəcək.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində