idman

"Neymar bizə daha artıq məşhurluq gətirəcək futbolçudur"

  • 07 Aug 2017
  • 243 baxış

PSG-nin baş məşqçisi Unay Emeri "Barselona"dan transfer edilən Neymar haqqında danışıb. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis ulduz futbolçunun titullar qazanmaqda faydalı olacağına inamını ifadə edib.

"Neymar tez bir zamanda komandaya uyğunlaşmalıdır. Ona bu məsələdə kömək edəcəyik. PSG Neymarla irəliyə doğru addım atacaq. O, inkişaf etmək istədiyinə görə bizim klubu seçdi. Komandamızın titullar qazanmaq üçün şansları çoxdur. Neymarla bunu etmək daha asan lacaq. Onun transferi inkişaf və ambisiyların göstəricisidir. Bizim pərəstişkarlarımız bunu böyük sevinclə qəbul edir. Neymar bizə daha artıq məşhurluq gətirəcək futbolçudur. Əlbəttə, komandanın güclənməsi üçün yenə çalışacağıq. Bəzi futbolçular klubdan gedəcək. Hələlik hamıdan razıyam".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR