idman
"Buffon məhz buna görə ən yaxşıdır"
"Tottenhem"in qapıçısı Uqo Lyoris həmkarı Canluici Buffon haqqında danışıb. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, fransalı qolkiper bunları deyib:
"Buffonda xüsusi nəsə var ki, bunu təsvir etmək çətindir. O, ətrafdakıları ruhlandıran futbolçudur. "Yuventus"da əfsanəvi oyunçular çox olub. Buffon isə əvvəlki kimi Turin klubunun şərəfini qoruyur. Yaşım az olanda o, mənim kumirim idi. Cici və İker Kasilyas gənc yaşlarından yüksək səviyyədə oynamağa başlamışdı. Bu, məni ruhlandırmışdı. "Yuve"də keçirdiyi 16 mövsümdən sonra Buffon göstərir ki, onun ambisiyaları və motivasiyası əvvəlki kimidir. Bu yaşda ən yaxşı olmaq üçün başqalarından çox çalışmaq lazımdır. Buffon məhz buna görə ən yaxşıdır".
XalqTV.com
RƏYLƏR