Dünya
Savalanda tutulan azərbaycanlılardan xəbər var
Avqustun 3-də Savalan dağında təhlükəsizlik qüvvələri tərəfindən yaxalanan 4 azərbaycanlı milli-mədəni fəal azadlığa buraxılıb.
XalqTV.com axar.az-a istinadən bildirir ki, tanınmış fəallar Aydın Zakiri, Meysəm Babayi, Ayət Xeyrcu və Meysəm Colani məhkəmə məsullarının irəli sürdükləri tələbi qanunsuz olduğuna görə rədd edib, heç bir sənədə imza atmadan azadlığa çıxıblar.
Qeyd edək ki, onlar Savalan dağında üzərinə "Azərbaycan torpağı, yağı düşmənlərə bataqlıq olacaq", "Vətən uğrunda ölən varsa vətəndir", "Hanı mənim ana dilim" və s. kimi şüarlar yazılmış plakatlar nümayiş etdiriliblər.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR