SAĞLAMLIQ

Sinir xəstəlikləri

  • 05 Aug 2017
  • 370 baxış

Onurğanın nevroloji pozulmaları ilə müşayət olunan zədələnmələrin içərisində osteoxondroz daha tez-tez rast gəlinir. Onurğanın osteoxondrozu fəqərəarası disklərin qığırdağının degenerativ zədələnməsi və fəqərələrin ara cisimləri tərəfindən reaktiv dəyişikliklərin baş verməsidir. O, həlməşikvari nüvənin birincili zədələnməsi zamanı baş verir.

XalqTV.com  target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">immunitet.az-a istinadən bildirir ki, əlverişsiz statodinamik yüklənmənin təsiri altında amortizasiyaedici rol oynayan və onurğanın elastikliyini təmin edən elastik həlməşikvari nüvə ilk növbədə mukopolisaxaridlərin polimersizləşməsi hesabına öz fizioloji xassələrini itirməyə başlayır. O quruyur, zaman keçdikcə bərkiyir. Yüklənmənin təsiri altında elastikliyini itirmiş disk həlqəsi gərilir, sonra isə onun çatlarından həlməşikvari nüvənin fraqmentləri düşür - disk yırtığı əvəz edir. Onurğa seqmentinin dəyişilmiş, yüksək hərəkətli şəraitində fəqərələrin qonşu cisimlərində və oynaqlarda reaktiv dəyişikliklər baş verir. Osteoxondrozun rentgenoloji müayinəsi zamanı fəqərəarası disk və onları birləşdirən fibroz tozumanın dəyişməsi görünür, fəqərələrin qonşu cisimlərinin yerindən oynaması, bir - birinin qarşısında duran fəqərə cisimlərinin qapayıcı lövhələrinin deformasiyası, diskin yastılaşması, fəqərəarası yırtığın hündürlüyünün azalması görünür. Osteoxondrozun erkən inkişafına və onun klinik təzahürlərinə onurğanın aşağıdakı anomaliyaları təsir göstərir.

-Keçid büzdüm-bel fəqərələrinin olması
-Lümbalizasiya
-Yuxarı büzdüm seqmenti hesabına 6-cı bel fəqərəsinin olması
-Sakralizasiya-yəni distal bel fəqərəsinin büzdümlə birləşməsi
-Fasetik oynaqların oynaq yırtığının asimmetrik yerləşməsi
Onurğa kanalının anadangəlmə darlığı da osteoxondrozun əmələ gəlməsində böyük əhəmiyyət kəsb edir.
Onurğanın zədələnmiş strukturlarının hansı sinir törəmələrinə patoloji təsir göstərməsindən asılı olaraq, kompressiyalı və reflektor sindromlar ayırd edilir.
Kompressiyalı sindromlarda göstərilən onurğa strukturları üzərində köklər, damarlar və ya onurğa beyni gərilir, sıxılır və ya deformasiyaya uğrayır. Reflektor sindromlara göstərilən strukturarın, onları innervasiya edən reseptorlara, başlıca olaraq qayıdan onurğa beyin sinirlərinin uclarında təsiri nəticəsində baş verən əlamətlər kompleksi aiddir. Zədələnmiş nahiyədən bu sinirlə yayılan impulslar arxa köklə onurğa beyni buynuzuna daxil olur. Sonra sinirlər ön buynuzlara keçərək innervasiya olunan əzələlərin reflektor gərginliyini doğurur.
Müalicəsi xəstəliyin simptomlarına uyğun olaraq nevropatoloq və fizioterapevt tərəfindən aparılır.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45882 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 766 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 744 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO