idman
Neymarın debütü yubanacaq
PSJ-nin yeni transferi Neymar Fransa çempionatının 2017/18 mövsümünün ilk turunda iştirak etməyəcək.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, braziliyalı hücumçu komandasının "Amyen"lə bu gün baş tutacaq oyununu buraxacaq.
Buna səbəb transfer sənədlərinin gecikdirilməsidi. Nəticədə parislilər onun adını çempionatın iştirak ərizəsinə vaxtında daxil edə bilməyiblər.
Neymar "PSJ"nin bugünkü matçına tribunadan baxmalı olacaq.
Qeyd edək ki, Braziliya yığmasının üzvü "PSJ"yə 222 milyon avro qarşılığında "Barselona"dan keçib.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR