"Əvvəlki məşqçilərimiz bizə inanmırdı"
"Fənərbağça"nın oyunçusu Alpər Potuk, baş məşqçi Aykut Kocamanla yüksəlişə keçdiklərini deyib.
XalqTV.com Türkiyə mətbuatına istinadən bildirir ki, Dik Advokat və Vitor Pereyranın onlara inanmadığını söyləyən futbolçu "Artıq bizə güvənən bir məşqçimiz var.
Bu da bizim oyunumuzda öz əksini tapır" deyib.
Alpər Potuk xüsusilə "Şturm Qraz" oyunlarındakı müvəffəqiyyətli çıxışının baş məşqçi Aykut Kocamanla əlaqəli olduğunu bildirib.
Oyunçu sözlərinə bunları da əlavə edib: "Aykut Kocaman bizə özünə inam peyvəndi edib. Hər fürsətdə "Mən sizə güvənirəm, inanıram" deyir".
Alpər Potuk hazırlıq düşərgəsinin əvvəlki iki mövsümdən çox daha fərqli keçdiyini söylədi: "Sərt məşqlər etdiyiniz zaman daha güclü olursunuz. Bu da oyuna əks olunur. Bütün komanda kimi mən də həmin məşqlərə qatıldığım üçün oyun boyu daha yaxşı görünürəm".
Qeyd edək ki, UEFA Avropa Liqası III təsniat mərhələsindəki hər iki "Şturm Qraz" matçına da ilk 11-likdə başlayan Alpər Potuk göstərdiyi oyunla hər kəsin rəğbətini qazanıb.
Adil Nəcəfov
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində