idman

"Qalatasaray" prezidenti boşuna getməz, əliboş da qayıtmaz"

  • 04 Aug 2017
  • 271 baxış

"Qalatasaray"ın sabiq prezidenti Faruk Süren klubun hazırki rəhbəri Dursun Özbekin işə yanaşması və transfer siyasətini tənqid edib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Süren bunları deyib:

"Luçesku? Bize bir yerə gedəndə məsələni həll edirdik. "Qalatasaray" prezidenti boşuna getməz, əliboş da qayıtmaz. Bir futbolçunun transfer etmək üçün onun ünvanına klub rəhbəri getmir. Futbolçu özü onun ayağına gəlir. "Osmanlıspor"un 300 minə aldığı futbolçuya (red. Badu Ndiaye) 9 milyon avro veriblər. 7.5 milyon bonuslarla 9 milyona çıxacaq. Böyük pul xərcləmisən və onu oynatmağa məcbursan. Beləliklə, bonuslarla birlikdə çəkilən xərc 9 milyon avroya qalxacaq. Dursun Özbeki tənqid etmək istəmirəm. Amma vəziyyət ortadadır. "Qalatasaray" dəyərləri aşınır. Sadəcə futbol deyil, hər sahədə yanlış yanaşma var. Bunu ancaq İdarə heyəti dəyişə bilər. Lakin anladığım qədərilə İdarə heyətinin üzvləri də durumdan məmnundur".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR