idman

"İngiltərə və Azərbaycan çempionatı eyni durumdadı"

  • 04 Aug 2017
  • 241 baxış

"Qəbələ"nin sabiq futbolçusu Rikardinyo özünə yeni komanda tapıb.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki,braziliyalı yarımmüdafiəçi karyerasını İngiltərədə davam etdirəcək. 

Rikardinyo "Oksford Yunayted" klubu ilə anlaşıb. Cənubi amerikalı növbəti bir ili bu komandada keçirəcək.

Braziliyalı keçidindən sonra verdiyi müsahibədə Azərbaycan çempionatını indi oynadığı liqa ilə müqayisə edib: "Həmişə İngiltərədə oynamaq arzusunda olmuşam. Bunun 2-ci, 3-cü, yoxsa lap 4-cü liqa olmasının fərqi yoxdu. Hesab edirəm ki, hətta son illəri keçirdiyim Azərbaycanda futbolun səviyyəsi burdakından aşağıdı. Amma fiziki cəhətdən hər ikisinin eyni durumda olduğunu düşünürəm".
 
Qeyd edək ki, "Oksford Yunayted" İngiltərənin gücünə görə 3-cü dəstəsi olan 1-ci liqada çıxış edir.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR