"Samsung-dan RB33 soyuducusu - rahatlıq üçün yaradılmışdır"
Soyuducu - bizim daim istifadə etdiyimiz məişət texnikasıdır. Onun istifadəsi bizim üçün o qədər adidir ki, heç bu haqda düşünmürük lakin, soyuducunun istifadədə rahat və komfortlu olmasının mütləq olduğunu hesab edirik. Belə ki, Samsung-un RB33 modeli tutumlu, istifadədə rahat və qənaətcil soyuducudur. Bu model səssiz işləməni və daha uzun istismar müddətini təmin edən Digital Inventer mühərriki ilə təchiz olunub. Bəs inverter mühərriki nədir? Adi soyuducuların işləmə prosesi daim sönüb yanmadan ibarətdirsə, yeni soyuducular aşağı sürətdə işləyərək, lazım olduqda işləmə gücünü dəyişirlər. Buna misal olaraq, siz soyuducunun qapısını açdıqda adi soyuducu mühərriki dərhal işə düşür və kamera soyuyana qədər işləməyə davam edir, sonra isə sönür. İnverter tipli mühərrik isə müəyyən müddətlik dövriyyə sayını artırır, sonra isə adi iş rejiminə qayıdır. Enerji istifadəsində kəskin dəyişiklik olmadığı üçün, RB33 soyuducusu ilə siz 24% daha az enerji sərf edirsiniz və nəticədə elektrik enerjisi ödənişlərinə qənaət edirsiniz.
Yeni RB33 modeli sizin rahatlığınız üçün aşağı buzluqla təchiz olunub. İndi siz artıq saxlama sahəsi tam şəkildə təşkil olunmuş buzluq əldə edirsiniz. Buzluğun içi ət, balıq və digər ərzaqların daha rahat yerləşdirilməsi üçün rəflərə bölünmüşdür. Səliqəsiz, bir birinin üstünə düzülmüş məhsullara yox deyin! İndi hər bir ərzaq öz yerində olacaq. Buzluğun aşağıda yerləşməsi sayəsində əsas soyuducu kamerası hər an əlinizin altında olacaq. Bütün ərzaqları əyilmədən, axtarmadan asanlıqla götürüb, istifadə edə biləcəksiniz.
İncə və zərif dizayna malik olmasına baxmayaraq RB33 soyuducusu olduqca tutumludur. İstilik keçirməyən material sayəsində soyuducunun köhnə qabarıtləri dəyişmədən, daxili həcmi genişləndirilib.
Soyuducunun saxlama rəfləri hər bir şərait üçün nəzərdə tutulub. Buna misal olaraq, burada bir neçə dəfə qatlanması mümkün olan, yığılan rəf nəzərəd tutulub ki, həmçinin, bu rəfi lazım gəldikdə tam şəkildə yığaraq saxlama sahəsini dərhal böyütmək olar. Bundan başqa burada həm də çəkilə bilən rəf nəzərdə tutulub. Bu rəfin üzərinə hətta iki cərgə saxlama qabı və ya digər ərzaq düzə bilərsiniz. Əmin olun ki, indi soyuducunun hətta ən dərin hissəsinə belə rahat çatabiləcəksiniz və istənilən məhsulu asanlıqla götürə biləcəksiniz. Bunun üçün sadəcə rəfi çəkməcə kimi özünüzə çəkməniz kifayətdir.
RB33 soyuducularının 7 işləmə rejimi mövcuddur. Tənzimlənən temperaturdan asılı olaraq soyuducu bu rejimlər arasında keçid edir, yəni müvafiq olaraq dövriyyə sayını artırır və ya azaldır. Həmçinin, burada "Tətil" rejimi nəzərdə tutulub. Uzaq səfərə çıxarkən daha elektrik enerjisi ödənişləri və ya korlanmış ərzaqlar haqda düşünmək lazım gəlməyəcək. Bu rejimdə soyuducu əsas kameranı söndürərək, ancaq buzluğu işə salır.
Aşağı dövriyyələrdə işləyərək Samsung RB33 soyuducusu əlavə işləmə səsi yaratmır.Artıq heç nə sizin sağlam yuxunuzu pozmayacaq.Uğultusuz və narahat edici səs olmadan sizə sadəcə dincəlmək və yeni günə tam hazırlıqlı oyanmaq qalacaq.
Digital Inverter Compressor ilə təchiz olunmuş Samsung soyuducuları haqqında ətraflı məlumatı: Baku Electrornics, Kontakt Home, Maxi.az və Optimal rəsmi mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.