idman
"Çelsi" futbolçusunu Rusiya çempionuna göndərdi
Rusiya çempionu "Spartak" heyətini gücləndirib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Moskva klubu xorvatiyalı yarımmüdafiəçisi Mario Paşaliçi heyətinə qatıb. Müqavilə ilə "Çelsi"yə məxsus olan havbek 2018-ci il 30 iyuna kimi "qırmızı ağlar"da icarə əsasında çıxış edəcək. 22 yaşlı futbolçu yeni komandasında 50 nömrəli formanı geyinəcək. Paşaliç 2014-cü ildə "zadəganlar"a keçsə də, heç bir rəsmi oyunda meydana çıxmayıb. O, son 3 mövsümü "Elçe", "Monako" və "Milan"da icarədə oynayıb. "Rossoneri" ilə xorvat futbolçu İtaliya Superkubokuna sahib çıxıb. O, Xorvatiya millisində 2 oyun da keçirib.
XalqTV.com
RƏYLƏR