Dünya

Dubayda innovativ qəhvə təqdim edilib

  • 03 Aug 2017
  • 248 baxış

Aparıcı qəhvə istehsalçısı "Costa Coffee" Dubaydakı obyektlərinin menyusuna azotla zənginləşdirilmiş "Nitro Cold Brew" adlı innovativ qəhvə məhsulu daxil edib.

Məsələ bundadır ki, azot oksidləşmə prosesini ləngidir və suda dərhal həll olmur.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, bunun sayəsində qəhvə öz dadını, teksturasını və ətrini uzun müddət qoruyub saxlayır.

İnnovativ içki "Arabica Columbian" toxumlarından hazırlanır. Bunun üçün üyüdülmüş qəhvə toxumları 20 saat suda saxlanılır, sonra ona dozatorla azot əlavə olunur, zövqə görə vanilli və ya karamelli sirop qatılır.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR