Dünya

50 metr məsafədən qarışıq hərəkətdə olan hədəfə atəşaçmada Rusiya yığması qalib oldu

  • 03 Aug 2017
  • 258 baxış

Bu gün Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə Avropa çempionatının yarışlarının sonuncu günü start götürüb.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, çempionatın 14-cü günündə 50 metr məsafədən qarışıq hərəkətdə olan hədəfə atəşaçmada kişilər arasında komanda yarışının qalibi Rusiya təmsilçiləri olub.

Belə ki, Rusiya idmançıları Mixail Azarenko, Maksim Stepanov, Dimitri Romanov 1169 xalla bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Gümüş medalı 1167 xalla İsveç atıcıları Emil Martinsson, Jasper Nyberg, Rickard Johansson qazanıblar.

Finlandiyalı Topi Hulkkonen, Heikki Lahdekopi, Tomi-Pekka Heikkla isə 1161 xalla bürünc mükafata layiq görülüblər.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR