Siyasət

Şok kadrlar: məbəddə zarafat faciəyə çevrildi - VİDEO - FOTO

  • 03 Aug 2017
  • 239 baxış

Taylanddakı məbədlərdən birində turistin ayı ilə "zarafat" istəyi faciə ilə bitib.

XalqTV.com AsiaOne-a istinadən bildirir ki, olay Taylandın Phetçabun vilayətindəki zooparkda yaşanıb.

36 yaşlı Nayfum Promratee məbədin həyətində yerləşən, ayı saxlanan volyerə yaxınlaşıb. O, volyerin dəmir qəfəsindən aşağı əyilərək içində düyü olan qabı iplə aşağı sallayıb, yellədərək ayı ilə "zarafatlaşmaq" istəyib.

Hirslənmiş ayı arxa pəncələri üstə qalxaraq Naiphumu dartıb aşağı salıb və parçalamağa başlayıb.

Daha sonra o, "şikar"ını damına aparıb.

Məbədin mühafizəçiləri dərhal volyerə girərək ağır yaralar almış turisti ayının cəngindən alıblar.

Xəstəxanaya aparılmış Nayfum Promatree reanimasiya bölməsindədir. Həkimlərin dediklərinə görə, onun durumu kritikdir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

/> vspace="5" />

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR