Dünya

9 yaşlı qız milyonların qəlbini fəth etdi - VİDEO - FOTO

  • 03 Aug 2017
  • 365 baxış

ABŞ-ın və dünyanın ən populyar teleşoularından olan "America's Got Talent"da çıxış edən 9 yaşlı Selin Tam ifası ilə münsiflər heyəti və zalda olan tamaşaçılarla yanaşı, milyonların qəlbini fəth edib.

XalqTV.com ABC-yə istinadən bildirir ki, əslən Honkonqdan olan və hazırda Kanadada yaşayan ailədə böyüyən balaca Selin məşhur müğənni Maykl Boltonun "'How Am I Supposed To Live Without You'" mahnısını ifa edib.

Münsiflər heyətinin üzvləri Mel Bi, Saymon Kouell, Haydi Klum və Houi Mandel, habelə dəvət edilmiş münsif Lavern Koks balaca Selini ayaqda alqışlayıblar.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR