idman
Azad Rəhimovun IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimindən sonra İLK AÇIQLAMASI
Keçirilən İslam Həmrəylik Oyunlarının açılış mərasiminin xüsusi yeri var. XalqTV.com bildirir ki, bunu Trend-ə özəl olaraq gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib.
A. Rəhimov bildirib: "Açılış mərasimi imkan verir ki, bütün dünyaya Azərbaycanın tarixini, Vətənimizin, Bakının gözəlliyini nümayiş etdirək.
Təbii ki, Oyunlar idmançılar üçün əsasdır. Biz istərdik ki, bizim idmançılarımız yüksək nailiyyətlər göstərsinlər və o niliyyətləri də onlardan gözləyirik. Bu İslam Həmrəyliyi Oyunlarında biz gözləyirik ki, idmançılarımız çox yaxşı çıxış edəcəklər və onlar bu günlərdə keçirilən yarışlarda artıq bunu sübut etməyə başlayıblar".
XalqTV.com
RƏYLƏR