Siyasət

Aİ-nin Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər edildi

  • 02 Aug 2017
  • 258 baxış

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbərinin adı məlum olub.

XalqTV.com xəbər verir ki, Aİ-dəki mənbələrdən report-a bildiriblər ki, bu vəzifəyə litvalı diplomat Kestutis Yankauskas (Kestutis Jankauskas) gətirilib. Onun təyinatı ilə bağlı rəsmi xəbər yaxın günlərdə açıqlanacaq.

Məlumata görə, Aİ nümayəndəliyinin yeni rəhbəri Azərbaycana sentyabrın əvvəlində gələcək.
Qeyd edək ki, K.Yanauskas 1991-ci ildən bəri Litva Xarici İşlər Nazirliyində çalışır və bundan əvvəl Litvanın Vaşınqtonda və Stokholmdakı səfirliklərində çalışıb. Azərbaycana təyinatından öncə o, Aİ-nin Gürcüstandakı monitorinq missiyasına rəhbərlik edirdi.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR