Ndlovu - "Yeddi oğul"dan biri
Çempionlar Liqasının bombardirləri siyahısında dəyişiklik olub.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Şerif" - "Qarabağ" matçında (1:2) hesabı açan Dino Ndlovu yarışın ən məhsuldar futbolçularına çatıb.
Belə ki, CAR-dan olan legioner Moldovada rəqib qapısına yol tapıb və mövsümdə 3-cü avrokubok qolunu vurub. Gürcüstan "Samtredia"sı ilə ev qarşılaşmasında dubl müəllifi olan Dino Çempionlar Liqasının 7 bombardirindən biridi.
Tiraspoldakı görüşədək 6 oyunçu - Andriya Pavloviç ("Kopenhagen"), Mario Qavranoviç ("Riyeka"), Uroş Nenadoviç ("Alaskert"), Entoni Nvakaeme ("Hapoel" Beyer-Şeva), Patrik Tvumasi ("Astana") və Skott Quiqli (TNS) hərəyə 3 dəfə fərqlənmişdi. Dino bunu bacaran 7-ci futbolçu olub.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində