Siyasət
İƏT İcraiyyə Şurasının fövqəladə iclası keçirildi
1 avqust tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Sammitinin sədri statusunda Türkiyənin çağırışı və ev sahibliyi ilə Qüdsdəki Əl-Aqsa məscidi ətrafında cərəyan edən hadisələri müzakirə etmək üçün İstanbul şəhərində İƏT İcraiyyə Şurasının fövqəladə iclası keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən XalqTV.com-a verilən məlumata görə, iclasda Azərbaycanı Xüsusi Tapşırıqlar üzrə səfir Şahin Abdullayev təmsil edib.
Ş.Abdullayev Qüds məsələsi və Əl-Aqsa məscidi ətrafında cərəyan edən hadisələrlə əlaqədar Azərbaycanın mövqeyini səsləndirib və tədbirin təşkil edilməsinə görə Türkiyəyə təşəkkürünü ifadə edib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR