idman

"Qarabağ"ın Moldovadakı ilk qolu...

  • 01 Aug 2017
  • 525 baxış

Çempionlar Liqasının bu gün keçiriləcək III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq "Şerif" - "Qarabağ" matçı Moldova çempionu üçün yubileylə əlamətdar ola bilər.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki,meydan sahibləri üçün xoşagəlməz yubileyi rəqibə Azərbaycan çempionu yaşatmalıdı.

Belə ki, "Şerif" avrokuboklar tarixində 99 qol buraxıb. Bakıda rəqibini 100-ə çatdıra bilməyən ağdamlılar bunu Tiraspoldakı görüşdə rəsmiləşdirə bilər.

Belə ki, "Qarabağ"ın bu gün vuracağı ilk top "Şerif"in buraxdığı 100-cü top olacaq. Tiraspollular 99 topu 93 matçda buraxıb. Rəqibin özü isə 77 dəfə qol sevinci yaşayıb.

Qeyd edək ki, "Şerif" 93 matçda 24 qələbə qazanıb, 27 heç-heçə edib və 42 dəfə uduzub. Bu isə o deməkdi ki, meydan sahibləri yubiley qələbəsi üçün mübarizə aparacaq.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR