Siyasət

"Bakıda olmuş hər bir kəs ora növbəti dəfə tək qayıtmır" - FOTO

  • 01 Aug 2017
  • 251 baxış

ABŞ-ın Fransa və Böyük Britaniyada geniş oxucu kütləsi qazanmış iqtisadiyyat mövzusunda məqalələr dərc edən "Forbes" jurnalında Azərbaycanın maddi və mənəvi irsi, təbii sərvətlərinə həsr olunmuş məqalə dərc edilib.

XalqTV.com  "Report"a istinadən bildirir ki, müəllif Stefan Rabimov öz məqaləsində bir çox ölkələrin şərq və qərbin kəsişdiyi məkan tituluna iddia etdiyini, lakin Azərbaycan xalqı və paytaxt Bakının layiqli şəkildə bu şərəfli titulu qazana bildiyini vurğulayır.
S.Rabimov yazır ki, 2012-ci ildə dünyada öz adı ilə məşhur olan Avroviziya mahnı müsabiqəsini qəbul edən, 2015-ci ildə Avropa Olimpiya Komitəsi tərəfindən Avropa Oyunlarının təşkil edildiyi Bakı şəhəri, bu il İslam Həmrəylik Oyunları çərçivəsində 56 Orta Sərq, Asiya və Afrika ölkəsindən olan atletləri qarşılayıb.
O, bildirib ki, "Formula-1" yarışı, Novruz festivalının keçirildiyi Bakı iki milyona yaxın qonağı öz ağuşuna almağı bacarıb.
Azərbaycanın təbii nemətlərindən yazan müəllif qeyd edib ki, Azərbaycanda neftdən hazırlanan məhsullar hətta əfsanəvi səyahətçi Marko Polo tərəfindən sənədləşdirilib. XX əsrin əvvəllərində Bakı nefti yer üzünün yarısını təmin edə bilib. 1991-ci ildən müstəqqillik əldə etdikdən sonra tarixi investisiyası və geniş qaz yataqlarının istismarı bu ölkəni yenidən təbii yanacaq qazıntısı liderinə çevirib.
S.Rabimov yazır ki, Bakıda YUNESKO-nun irsinə daxil olan və böyük maraq doğuran möhtəşəm tarixi abidələr mövcuddur və çox maraqlı tədbirlər baş tutur. Yer üzündə olan 20 iqlim qurşağından 12-si Azərbaycanda var. Bu məkanda dəniz, başı qarlı dağlar, ucu-bucağı bilinməyən meşələr və hətta göz işlədikcə uzanan çöllər mövcuddur. Fəslindən, ayından asılı olmayaraq Azərbaycana gəlmiş heç bir qonağın darıxdığına rast gəlmək mümkün deyil. Bakıda qonaq olmuş hər bir kəs bu şəhərə bir də qayıtmaq arzusu ilə yaşayır və növbəti dəfə ora tək yox, yaxınları, dostları, tanışları ilə qayıdır.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR