"Bu, ilk baxışdan məhəbbət deyildi"
İtaliya millisinin sabiq futbolçusu Antonio Kassano bir neçə gün futbolçusu olduğu "Verona"dan getməsindən danışıb. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, təcrübəli hücumçu bunları deyib:
"Bir şeyi edəndən sonra hərəkətinizin düzgün olub-olmadığını milyard dəfə düşünə bilərsiniz. Bu, futbolçunun başına gələndə səs-küy qalxır. Amma mən KİV-lərin təzyiqinə öyrəşmişəm. "Verona"ya keçməyim ilk baxışdan məhəbbət deyildi. Bu, sanki səninlə yaşamaq istəməyən qadınla olmaqdır. Rəhbərliklə dürüst oldum. Oynamaqda davam etmək istəyirəm. Hələ bir neçə günüm var. Agentim yoxdur. Məni komandasında görmək istəyən zəng edə bilər. Sentyabra kimi vaxt var. Təklif gəlməsə, evdə qalacam".
35 yaşlı forvard "Verona" ilə 1 illik müqavilə imzalamışdı. 1 həftə sonra keçirdiyi mətbuat konfransında karyerasını başa vurduğunu elan etmiş, lakin həmin gün də fikrini dəyişmişdi.
XalqTV.com