idman

"Eyni istiqamətə getsək, böyük klublarla rəqabət aparmaqda davam edəcəyik"

  • 31 Jul 2017
  • 376 baxış

"Atletiko Madrid"in təcrübəli hücumçusu Fernando Torres klubu barədə danışıb. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, bu yay "Cruz Azul"dan əlverişli təklifi rədd edən qolyador karyerasını doğma komandasında başa vurmaq istədiyini dilə gətirib.

"Mən öz evimdəyəm. 8 ildən sonra "Atletiko Madrid"ə qayıtdım, burda özümü olduqca xoşbəxt hiss edirəm. İstəyim karyeramı burda başa vurmaq, eyni zamanda klubun Avropada ən yaxşılar sırasında qalmasına kömək etməkdir".

33 yaşlı forvard baş məşqçi Diyeqo Simeone barədə fikirlərini də bölüşüb. "Simeone klubun dəyərlərini futbolçulara aşılayır. "Atletiko"ya 10 yaşımda gələndə də bunları öyrənmişdim. Tarixdə müəyyən periodlar olur ki, klubun ümumi fəlsəfəsindən biraz uzaqlaşa bilərsən. Simeone bizim bütün dəyərlərimizi bərpa etdi. Bunlar fədakarlıq, mübarizə ruhu, zəhmətkeşlik və s.dir. Eyni istiqamətə getsək, böyük klublarla rəqabət aparmaqda davam edəcəyik. Komandada heç kim digərindən geri qalmır. Böyük klublar artıq tarix yazıblar. Başqaları getdiyi yolda öz tarixini yazmaq üçün imkan əldə edib. Hazırda "Atletiko" da bu yolda irəliləyir".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR