idman

"Yaşım artdıqca enerjim azalacaq"

  • 31 Jul 2017
  • 417 baxış

"Çelsi"nin baş məşqçisi Antonio Konte məşqçilik istedadından danışıb. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis gərgin işləməyi sevdiyini qeyd edib.

"Oyun başa çatan kimi özümü əzgin hiss edirəm. Güman edirəm ki, hər oyunda 2-3 kiloqram çəki itirirəm. Bütün motivlərimi işə keçirməyə çalışıram. Yaşım artdıqca enerjim azalacaq. Bəlkə də, daha sakit olacam və oyunun böyük hissəsində oturacam. Məni futbolçu kimi izləyən işə necə yanaşdığımdan xəbərdardır. Orta futbol istedadım vardı. Çətinlikləri aradan qaldırmaq üçün xeyli çalışmalı olurdum. Fikrimcə, zəhmətkeşlik xüsusiyyətini məşqçilik peşəsinə gətirmişəm. Amma bu işdə daha istedadlıyam".

Konte "Yuventus"la A Seriyasının qalibi olub. O, ötən mövsüm "Çelsi"ni Premyer Liqa çempionu etməyi bacarıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR